Ukrayna 13 rus diplomatını ölkədən çıxaracaq

Ukrayna 13 rus diplomatını arzuolunmaz şəxs elan etdikdən sonra onları ölkədən çıxaracaq. Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Maryana Betsa deyib.

Betsanın sözlərinə görə, Ukraynadan qovulacaq rus diplomatların Rusiya xüsusi xidmət orqanlarına çalışdığı sübuta yetirilib. Qeyd edək ki, bu gün ABŞ və bir sıra Avropa ölkəsi rus diplomatlarını ölkədən çıxarmaq haqda qərarını elan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə