Koreya Respublikasının Prezidenti Mun Ce-in ölkə Konstitusiyasına düzəlişlər edilməsi ilə bağlı qanun layihəsini imzalayıb. Layihə bir şəxsin iki dəfə dalbadal ölkə prezidenti vəzifəsinə seçilməsinə imkan yaratmağı nəzərdə tutur. Bundan başqa, prezidentlik müddətinin 5 ildən 4 ilə endirilməsi təklif olunur. Qüvvədə olan Konstitusiyaya əsasən, hər bir şəxs yalnız bir dəfə prezident seçilə bilər.
Qanun layihəsi parlamentdə təsdiq olunarsa, Konstitusiyaya düzəliş üçün referendum iyunun 13-də yerli seçkilərlə eyni gündə keçiriləcək.
Koreya Respublikasının qüvvədə olan Konstitusiyasına görə, əgər referendumda təklif olunan düzəliş qəbul olunsa belə, bu, indiki prezidentə şamil edilməyəcək.
Qeyd edək ki, 1948-ci ildə qəbul olunan Konstitusiyaya sonuncu dəfə 1987-ci ildə düzəliş edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB