Kataloniyada polislə etirazçılar arasında toqquşma olub

Kataloniyada polislə etirazçılar arasında toqquşma olub

İspaniyanın Kataloniya bölgəsində polislə etirazçılar arasında baş verən toqquşmalarda 52 nəfər xəsarət alıb. APA-nın RT-yə istinadən verdiyi xəbərə görə, 3 nəfərin polis tərəfindən saxlanıldığı bildirilir. İğtişaşlar zamanı 4 polis əməkdaşı yaralanıb.

Məlumata əsasən, 46 etirazçı Barselonada, daha 2-si isə Merida şəhərində xəsarət alıb. Yaralıların həyatına təhlükə olmadığı bildirilir. Qeyd edək ki, etirazlara ötən gün Kataloniya Muxtariyyətinin sabiq rəhbəri Karles Puçdemonun Almaniya polisi tərəfindən saxlanılması səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə