Türkiyənin növbəti yardım karvanı Afrinə çatıb

Türkiyənin növbəti yardım karvanı Afrinə çatıb

Türkiyənın Qızılay Cəmiyyəti Suriyanın terrorçulardan azad olunan Afrin bölgəsinə humanitar yardımı davam etdirir.

Axar.az xəbər verir ki, sonuncu yardım karvanı Afrin şəhərinin yaxınlığındakı Miski Tahtani kəndinə çatıb. Burada 2 min nəfər üçün uzun müddət yetərli olacaq quru ərzaq paketləri paylanılıb. Bundan başqa, kənddə azyaşlı uşağı olan ailələrə də körpələr üçün zəruri əşyalar verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə