Rusiyanın Kemerovo şəhərində yerləşən “Qış albalısı” adlı ticarət-əyləncə mərkəzində güclü yanğın baş verib.
Axar.az xəbər verir ki, xilasetmə xidmətinin əməkdaşlarının “İnterfaks”a verdikləri məlumata görə, yanğın zamanı binada 3 uşaq olmaqla, 4 nəfər həlak olub. “Uşaqların cəsədləri kinoteatrın zalından tapılıb”, - əməkdaşlardan biri deyib. Kemerovo vilayətinin qubernatorunun müavini Vladimir Çernov yanğının kino zallarının birində başladığını bildirib.
***
Yanğın zamanı 26 nəfər xəsarət alıb, 17 nəfər isə itkin düşüb. Yanğın hələ də davam edir, yanğınsöndürənlər alovun qarşısını almağa çalışır.
***
Dəhşətli yanğında ölənlərin sayının 5 nəfərə çatdığı bildirilib.
***
Rusiyanın Kemerovo şəhərində ticarət mərkəzində baş verən yanğın lokallaşdırıldığı barədə məlumat yayılıb.
***
Ən son məlumata görə, yanğın zamanı 3 qadın, bir uşaq olmaqla, 5 nəfər həlak olub, 30 nəfər xəsarətlərlə xəstəxanaya yerləşdirilib. 40 uşaq olmaqla, 69 nəfərdən heç bir məlumat yoxdur.
***
FHN-nin hadisə yerində olan qərargahından verilən məlumata görə, yanğında 37 nəfərin həyatını itirdiyi təsdiqlənib, 40 nəfər xəstəxanaya yerləşdirilib.
***
Əraziyə əlavə xilasedici briqada göndərilib. RİA-nın məlumatına görə, onların arasında xilasedici dəstə, psixoloqlar, xüsusi qruplar var.
TASS-ın yaydığı xəbərə görə, 43 nəfər xəsarət alıb, 70-ə yaxın şəxs itkin sayılır.
***
Açıq alov söndürülüb. Hazırda 100 texnika və 300-dən çox xilasedici hadisə yerindədir. Xilasedicilər yanğın ocaqlarını söndürmək və itkin düşənlərin axtarışı ilə məşğuldur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB