Honkonqda hər yeddi nəfərdən biri milyonçudur

Honkonqda hər yeddi nəfərdən biri milyonçudur

Honkonqdakı milyonçuların sayı keçən illə müqayisədə 15% artaraq 1 milyon nəfərə çatıb. Axar.az xəbər verir ki, bu nəticə "Sitibank"ın apardığı tədqiqatdan sonra ortaya çıxıb.

Bank şəhərdə yaşayan 68 min nəfərin sərvətinin ən azı 1,27 milyon dollar təşkil etdiyini bildirib. Milyonçuların sayında artıma əsas səbəb isə birja və daşınmaz əmlak bazarındakı artım olub. Qeyd edək ki, Honkonq əhalisi 7,4 milyon nəfərdir.

Bütün xəbərlər Facebook səhifəmizdə