Perunun prezidenti Pedro Pablo Kuçinski istefa ərizəsini ölkə parlamentinə təqdim edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, dövlət başçısı istefası ilə əlaqədar xalqa müraciət edəcək.
Qeyd edək ki, martın 15-də Peru parlamenti prezident Kuçinskinin impiçmenti prosesinin başlanmasının lehinə səs verib.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB