Çində siyahıyaalma işləri başlayıb

Dünyanın ən çox əhalisi olan Çində siyahıyaalma işləri başlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, rəqəm sayı olduqca böyükdür. Dövlət sayma üçün 6 milyon məmuru bu iş üçün təyin edib. 6 milyon məmur 400 milyon evi qapı-qapı gəzəcək. 2000-ci ildə siyahıya alınma zamanı qeydə alınan 1 milyard 300 milyon olan əhalinin nə qədər artdığı təyin ediləcək. Siyahıyaalma işləri 10 gün davam edəcək.

10 gün davam edəcək siyahıyaalma müddətində Çinli ailələr bir-bir evlərində ziyarət ediləcək. Hər bir ailə fərdindən 18 sual soruşulacaq.

Ölkədə son dəfə siyahıyaalma işi 2000-ci ildə həyata keçirilib və əhalinin sayı 1 milyard 300 milyon olaraq qeydə alınıb.

Ən vacib məsələlərdən biri də tək uşağı olan ailələrdir. Belə ki, ölkədə 1978-ci ildə qüvvəyə minən "tək uşaqlılıq" qanununa əməl etməyən milyonlarla ailə uşaqlarını saxlamaq məcburiyyətində qalacaq. Çünki o, uşaqların rəsmi qeydləri yoxdur və saylarının 100 milyonu keçdiyi təxmin edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə