Facebookun qurucusu Avropa Parlamentinə dəvət olunub

Facebook sosial şəbəkəsinin qurucusu Mark Zukerberq Avropa Parlamentinə dəvət olunub. Bu barədə qurumun sədri Antonio Tayani məlumat yayıb. Onu sözlərinə görə, Zukerberq Aİ vətəndaşlarının şəxsi məlumatlarının təhlükəsizliyinə dair dinləmələrdə iştirak edəcək:

"Biz Mark Zukerberqi Avropa Parlamentinə dəvət etdik. Facebook 500 milyon avropalının nümayəndələrinə onların şəxsi məlumatlarının demokratiya ilə manipulyasiyaların aparılması üçün istifadə olunmamasına dair izahat verməlidir", - deyə Tayani öz Twitter hesabında yazıb.

Bütün xəbərlər Facebook səhifəmizdə