İsrail Rusiyaya İranla bağlı xəbərdarlıq edib. SİA-nın "Jerusalem Post" qəzetinə istinadən verdiyi məlumata görə, rəsmi Təl-Əviv Rusiyanın Venesuelaya satacağı "S-300" zenit-raket kompleksinin İrana çatdırıla biləcəyindən naharat olduğunu Moskvanın diqqətinə çatdırıb.
Rusiyanın Venesuelaya satacağı "S-300" dünyanın hava hücumundan müdafiə sistemləri içərisində ən inkişaf etmiş sistemlərdən biridir. Belə ki, sistem eyni anda 100 hədəfi izləyə və eyni anda 12 hədəfi vura bilir. 200 kilometr uçuş məsafəsi olan olan və 27,5 km hündürlükdəki hədəfi vura bilən "S-300"ləri almaq üçün İran ilə Rusiya arasında 2007-ci ildə razılıq əldə olunmuşdu. Ancaq iyun ayında İran qarşı qəbul edilən sanksiyalardan sonra Rusiya müqaviləni icra etməkdən imtina etdi. Ancaq Venesuelanın Rusiyadan bu sistemi alması İsraili yenidən narahat edib.
Bəzi İsrailli səlahiyyətlilər sistemin İranın əlinə keçəcəyi təqdirdə belə elektronik döyüş sistemləri ilə "S-300"ün təsirsiz hala gətirilə biləcəyini iddia edir. Ancaq bir çoxları da İran-Venesuela yaxınlaşmasından narahatlığını gizlətmir. Qeyd edək ki, Venesuela prezidenti Uqo Çaves strateji əlaqələri inkişaf etdirmək məqsədi ilə İrana səkkiz dəfə səfər edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB