Bəşər Əsəd Şərqi Qutaya gəlib

Suriya lideri Bəşər Əsəd Şərqi Qutada rejim qüvvələrini ziyarət edib. Axar.az xəbər verir ki, sözügedən səfərin fotoları Suriya Prezident Administrasiyasının sosial hesablarında paylaşılıb. Suriya ordusu Şərqi Qutanın 80 faizinin rejim qüvvələrinin nəzarətinə keçdiyini açıqlayıb.

Qeyd edək ki, rejimə məxsus qüvvələrin və Rusiyanın son bir ayda Şərqi Qutada həyata keçirdiyi hücumlar zamanı 300-dən çox mülki şəxs həlak olub.

Bütün xəbərlər Facebook səhifəmizdə