Suriyada Su-24 qırıcısı vurulub

Ceyş Təhrir əş-Şam qruplaşması Şərqi kalamun regionunda Su-24 qırıcısını vurub. Axar.az xəbər verir ki, Suriya HHQ-nə məxsus olan qırıcının vurulma anı qeydə alınıb. Video bu gün Teleqram kanalında yayılıb. Videoda tüstü buraxaraq yüksəklik itirən qırıcı görünür, görüntünün sonunda isə şadlıq edən terrorçular müşahidə olunur. Teleqram kanalında pilotların taleyi ilə bağlı məlumat verilməyib.

“Əl-Məsdər Nyus” qırıcının Əsəd qüvvələrinin nəzarət etdiyi əraziyə düşdüyünü bildirib. “Suriya Nyus” isə qırıcının raketlə vurulduğu və sement zavodunun yaxınlığına düşdüyünü açıqlayıb. Pilotların uğurla katapult etdiyi bildirilsə də, onlarla bağlı geniş bilgi yoxdur. Qruplaşma artıq sözügedən rayonda Suriya hərbçilərinin mövqelərinə hücuma keçdiklərini elan ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə