Pakistanın Əfqanıstanla sərhəddəki Şimali Vəziristan vilayətinə ABŞ pilotsuz təyyarələri yenidən zərbələr endirib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, hava zərbələri nəticəsində 6 adam ölüb.
Qeyd edək ki, ABŞ sentyabr ayında 22, keçən ay isə 17 dəfə pilotsuz təyyarələrlə Pakistan ərazilərinə hücum edib. Hücumlar nəticəsində təxminən 190 adam həyatını itirib. 2008-ci ildən indiyə kimi təşkil edilən hücumlarda isə ölənlərin sayının 1200-dən çox olduğu bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB