Braziliyanın ilk qadın prezidenti seçildi

Braziliyada ilk turu 3 oktyabr tarixində keçirilən prezident seçkisinin dünən baş tutan ikinci turunun nəticələri açıqlanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Dilma Russef səslərin 57 faizini qazanaraq ölkənin ilk qadın prezidenti seçilib.

İşçi Partiyasının 62 yaşındakı namizədi Dilma Russefi hazırkı prezident Lula da Silva da dəstəkləyirdi. Dilma Russef hərbi hakimiyyət dövründə üç il həbsxanada olmuş və işgəncələrə məruz qalmışdı.

Qeyd edək ki, Dilma Russef seçkinin ilk turunda səslərin 46,6 faizini toplaya bilmişdi. İkinci turda onun rəqibi olan Sao Paulo ştatının keçmiş qubernatoru Xose Serra isə 32,8 faiz səs qazanmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə