Haitidə 4,7 min nəfərdə vəba aşkar edilib

Haitidə 4,7 min nəfərdə vəba aşkar edilib

Bir neçə gündür Haitidə yayılmış vəba epidemiyasından ölənlərin sayı 330-a çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, artıq 4,7 min nəfərdə vəba aşkar edilib. Daha çox xəstə ölkənin şimal rayonlarındadır. Yerli mətbuatın yazdığına görə, epidemiyanın sürətlə yayılması haitililərin ölkəni tərk etməsinə də səbəb olub.

 

Hələ ki, qonşu ölkələrdə virusun aşkarlanmadığı bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə