İndoneziyada sunamidən xilas olmağı bacaran, lakin itkin düşən 135 adam tapılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, səlahiyyətlilər onların Şimali Pagai adasında tapıldığını bildirib.
Qeyd edək ki, İndoneziyanın Sumatra adasında bir neçə gün əvvəl baş verən zəlzələ nəticəsində sunami yaranıb. Zəlzələnin gücü rixter cədvəli ilə 7,7 balla qiymətləndirilib. Hadisə nəticəsində 298 adamın itgin düşdüyü açıqlanmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB