"AKP Cümhuriyyət Bayramının qeyd olunduğu xarici məkanlara Ərbili də əlavə edərək "Kürdüstan" üçün nəhəng bir addım atdı". SİA-nın Türkiyənin "Yeni Çağ" qəzetinə istinadən verdiyi məlumata görə, Türkiyənin İraqdakı baş konsulu Aydın Selcen təşkil etdiyi tədbirdə "Kürdüstan" ifadəsini işlətməkdən də çəkinməyib.
Bu vəzifəyə 8 ay əvvəl təyin edilən baş konsulun "bu bölgədə hər yerdə İraq və kürd bayrağı yanaşı istifadə edilir. Biz də bu nizamı pozmadıq, bayrağımızla birlikdə səhnəyə qoyduq" dediyini yazan qəzet "Şimali İraqdakı kukla dövlət"ə dəstək verən AKP iqtidarının 29 Oktyabr Cümhuriyyət Bayramının qeyd olunduğu xarici nümayəndəliklərə "paytaxt Ərbil"i də əlavə etdiyini və bununla da Kürdüstan bayrağının rəsmi olaraq türk protokoluna daxil edildiyini qeyd edib. Türkiyə Cümhuriyyətinin yaranmasının 87-ci ildönümü ilə bağlı Ərbildə keçirilən tədbirin qeyd olunduğu səhnənin arxasında Türkiyə və İraq bayraqları ilə yanaşı Kürdüstan bayrağı da asılıb.
A.Selcen mətbuata verdiyi açıqlamasında "Kürdüstan regional idarəçiliyi" ifadəsini də işlədib: "Bura İraqın federal bir bölgəsidir. Başqa sözlə, bura ilə əlaqələrimizin yaxşılaşması İraqla münasibətlərimizi daha asanlaşdıracaq. Kürd və türk bayraqlarının yanaşı asılmasına gəlincə, deyə bilərəm ki, bu bölgədə hər yerdə, bütün rəsmi tədbirlərdə, milli günlərdə İraq bayrağı ilə birlikdə regional bayraq da istifadə olunur. Biz də bu ənənəni pozmaq istəmədik".
Qəzetin yazdığına görə, tədbirdəki bu yenilik Ankaranın Ərbil ilə əlaqələrindəki yeni bir addıma işarədir. Xəbərdə Şimali İraqın regional hökumətinin lideri Məsud Bərzaninin Ankaraya rəsmi səfərində görüşlər zamanı masalarda yalnız Türkiyə bayrağının olması xatırlanılır.
Qeyd edək ki, Ərbil İraqın 18 əyalətindən biri Ərbil əyalətinin partaxtıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB