ABŞ İsrailə Şərqi Qüdsdə torpaq icarə götürməyi təklif edib. SİA-nın Londonda nəşr olunan "Şarkul Avsat" qəzetinə istinadən verdiyi məlumata görə, ABŞ müstəqil Fələstin dövlətinin yaradılması üçün İsraillə gizli danışıqlar aparır. Qəzetin xəbərinə görə, Vaşinqton müstəqil Fələstin dövlətinin əvəzinə Təl-Əvivin Şərqi Qüds və İordaniya vadisində 40-99 illik müddətinə torpaq icarəyə götürməsini təklif edib.
Qəzet Fələstin tərəfinin də təklifdən xəbərdar olduğunu, ancaq təklifin detalları ilə bağlı məlumatlandırılmadığını yazıb. Daha əvvəllər də tərəflərin torpaq mübadiləsi məsələsini müzakirə etdikləri qeyd edilən xəbərdə bildirilir ki, bu istiqamətdə hər hansı bir irələyiş əldə olunmayıb.
ABŞ və İsrail isə sözügedən təkliflə bağlı hər hansı bir şərh verməyib: "Xüsusilə İsrail hökuməti mətbuata yayılan bu cür iddialarla bağlı şərh vermir. Ancaq İsrail Xarici İşlər Nazirliyindən ABŞ rəhbərliyi ilə ciddi müzakirələrin getdiyi deyilib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB