Moskva meri: “Putində tam əksi baş verir"

Moskva meri: “Putində tam əksi baş verir"

Vladimir Putinlə ünsiyyət daha təbii və asan xarakter almağa başlayıb. Axar.az xəbər verir ki, bu sözləri Moskva meri Sergey Sobyanin deyib. Sobyanin adətən, illər ərzində hakimiyyətdə qalan bir şəxsin xaricdən gələn siqnallara daha az həssas olduğunu, onun adekvatlığının və reaksiya şiddətinin azaldığını bildirib.

“Putində isə tam əksi baş verir. Onda problemlərə şəxsən müdaxilə etmək arzusu tükənməyib. Təcrübə hesabına isə o, qərarları daha cəld və adekvat şəkildə qəbul edir”, - Sobyanin qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə