Açıqlandı: Putinin ən böyük rəqibi kommunistdir

Açıqlandı: Putinin ən böyük rəqibi kommunistdir

Rusiya vətəndaşlarının 69 faizi seçkilərdə öz səsini Vladimir Putinə verməyə hazırdır. Axar.az xəbər verir ki, bu, Rusiyada keçirilən sorğunun nəticəsində məlum olub.

Sorğuda iştirak edənlərin rəylərinə əsasən, ikinci yerdə 7 faiz səslə Kommunist Partiyasından olan namizəd Pavel Qrudinin qərarlaşıb. Onu 5 faiz səslə liberal demokratların namizədi Vladimir Jirinovski izləyib. Digər namizədlər arasında Kseniya Sobçak 2 faiz, Qriqori Yavlinski 1 faiz, Sergey Baburin 1 faiz, Boris Titov və Maksin Suraykin isə 1 faizdən daha az seçicinin rəğbətini qazanıb.

Qeyd edək ki, sorğu Rusiyada yaşı 18-dən yuxarı 4 mindən çox vətəndaş arasında keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə