Rusiya Hərbi Hava Qüvvələrinə məxsus MiQ-31 qırıcısı “Xəncər” yüksək dəqiqlikli aviasiya raket kompleksinin sınağını uğurlu şəkildə həyata keçirib. Axar.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyindən bildirilib.
Məlumata görə, qırıcı təyyarə Rusiyanın Cənub Hərbi Dairəsində yerləşən aerodromdan havaya qaldırılıb. Buraxılış uğurla baş tutub, raket poliqonda yerləşən hədəfi məhv edib. Sınaqlar zamanı “Xəncər”in taktiki-texniki xarakteristikası və göstəriciləri öz təsdiqini tapıb.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin sözügedən raket komplekslərinin dünyada analoqu olmadığını açıqlamışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB