Yaponiyada Abe hökumətinin istefası tələb olunub

Yaponiyanın müxalifət partiyası baş nazir Sindzo Abe olmaqla hökumətin istefasını tələb edib.

SİA-nın məlumatına görə, bu, Maliyyə Nazirliyi və Baş Vergi İdarəsinin adının sənəd saxtalaşdırılmasında hallanması ilə əlaqədardır.

Qeyd edək ki, istefa tələbini Yaponiya Kommunist Partiyası şənbə günü səsləndirib.

Hazırda Yaponiya Ədliyyə Nazirliyi sənədlərin saxtalaşdırılması faktının olub-olmadığını araşdırmaq üçün daxili yoxlamalara başlayıb.

Yaponiya Kommunist Partiyasının baş katibi Akira Koike bildirib: "Əgər sənəd saxtalaşdırılması xəbərinin doğru olduğu aşkarlanarsa, Abe hökuməti istefaya getməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə