BMT-dən Filippin rəhbərinə çağırış: Psixi müayinədən keç!

BMT-dən Filippin rəhbərinə çağırış: Psixi müayinədən keç!

BMT-nin insan haqları üzrə ali komissarı Zeyd raad əl-Hüseyn Filippin Prezidenti Rodriqo Duterteyə psixi müayinədən keçməsini təklif edib. Axar.az xəbər verir ki, o, bu barədə təklifi BMT-nin yerli xalqların hüquqlarına dair xüsusi məruzəçisi Viktoriya Tauli-Korpusun Filippində terrorçuluqda ittiham edilməsinə cavab olaraq səsləndirib.

“O, hansısa psixi müayinədən keçməlidir. Bu cür davranış qəbuledilməzdir", - Hüseyn bildirib.

Qeyd edək ki, BMT-nin xüsusi məruzəçisi Viktoriya Tauli-Korpusun adı Filippində terrorçuluqda şübhəli bilinən 600 nəfərin yer aldığı siyahıya salınmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə