Türkiyədə bir ailənin beş üzvü qətlə yetirilib

Türkiyənin Ərzurum bölgəsinin Horasan rayonunda yerləşən Kazım Qarabəkir məhəlləsində qanlı insident baş verib. Anadolu agentliyi xəbər verir ki, hadisə zamanı beş nəfər ölüb, iki nəfər yaralanıb. Qətlə yetirilənlər bir ailənin üzvləridir. Onlar iş yerlərində baş vermiş münaqişə zamanı silahlı şəxs tərəfindən güllələniblər.

Bütün xəbərlər Facebook səhifəmizdə