Türkiyə Ordusunun Suriyanın Afrin bölgəsində apardığı "Zeytun budağı" əməliyyatı çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı 3149-a çatıb. Bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilir ki, təkcə ötən gün Afrində 94 terrorçu məhv edilib. Əməliyyat çərçivəsində indiyədək 157 yaşayış məntəqəsi nəzarətə götürülüb.
Türkiyə Ordusu və "Azad Suriya Ordusu" artıq Afrinin mərkəzinin 4 kilometrliyindədirlər.
Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələri yanvarın 20-də Suriyanın Afrin bölgəsində "Zeytun budağı" adı altında PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB