NASA-dan ŞOK açıqlama: "Arktika sürətlə əriyir"

Arktika sürətlə əriyir və atmosferə buraxılan zəhərli qazların böyük hissəsində pay sahibi olur. Axar.az xəbər verir ki, bu barədə informasiya NASA alimi Nikolas Parazunun apardığı tədqiqatda yer alıb.

O, 2300-cü ildə bu regiondan havaya buraxılan qazların ümumi göstəricisinin insan fəaliyyəti nəticəsində 2016-cı ildə havaya buraxılan zərərli qazların göstəricisindən 10 dəfə çox olacağını bildirib. Bunun sayəsində isə planetdəki temperaturun daha da artacağı vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə