"ABŞ Türkiyəyə təzyiq etməyə çalışır"

"ABŞ Türkiyəyə təzyiq etməyə çalışır"

Xəbər verdiyimiz kimi, Suriya Demokratik Qüvvələri Fəratın şərqində yerləşən qoşunlarını Afrin bölgəsinə göndərmək barədə qərar verib. Axar.az xəbər verir ki, bu barədə danışan türkiyəli təhlükəsizlik üzrə mütəxəssis Abdulla Ağar ABŞ-ın İŞİD-i bu günə qədər İraq və Suriyada öz məqsəd və maraqlarına çatmaq üçün saxladığını və hazırda da bənzər durumun davam etdiyini söyləyib:

"ABŞ iddia edir ki, Afrin əməliyyatı YPG-nin İŞİD-ə qarşı mübarizəsini zəiflədir. Vaşinqton bununla Türkiyəyə təzyiq etməyə çalışır. Əgər həqiqətən belə bir problem varsa, əvvəla Fəratın şərqindəki sahələrdəki sayı on minlərlə olan YPG-PKK-çıları daha fəal və real olaraq istifadə etməsi lazımdır, ancaq bunu da etmir".

Bütün xəbərlər Facebook səhifəmizdə