Anadolu Agentliyi: "İraq yeni milli neft şirkətini yaradır"

Anadolu Agentliyi: "İraq yeni milli neft şirkətini yaradır"

İraq özünün yeni milli neft şirkətini yaradır. Bu barədə Anadolu Agentliyinə İraq Parlamentinin neft və enerji komissiyasının üzvü Zahir əl-Ubeydi deyib.

O bildirib ki, parlament səs çoxluğu ilə yeni milli neft şirkətinin yaradılması barədə qanununu təsdiqləyib. Yeni şirkət İraq Kürdüstan Regional Rəhbərliyi (İKRR) də daxil ölkədəki bütün neft fəaliyyətlərini idarə edəcək. Şirkət rəhbərliyi xalqa nə qədər payın düşəcəyini təyin edəcək. Həmçinin xalq tərəfindən şirkətə nəzarət edilməsinə də imkan veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə