Türkiyə ordusu Afrində yeni sistemdən istifadə edəcək

Türkiyə ordusu Afrində yeni sistemdən istifadə edəcək

Türkiyə Silahlı Qüvvələri (SQ) Suriyanın Afrin bölgəsində yeni PULAT - tankların zirehlənməsi sistemindən istifadə edəcək. Trend-in məlumatına görə, bunu Türkiyə Müdafiə Sənayesi Katibliyinin baş direktoru İsmayıl Dəmir deyib. Baş direktor bildirib ki, PULAT sistemi yoxlamalardan tamamilə keçib.

Qeyd edək ki, yeni zirehlənmə sistemi ASELSAN şirkəti tərəfindən hazırlanıb. Bu sistem "Leopard 2" və "M 60" tanklarına inteqrasiya oluna bulər.

Bütün xəbərlər Facebook səhifəmizdə