Türkiyədə ABŞ səfirliyinə hücuma hazırlaşan 4 İŞİD-çi tutulub

ABŞ-ın Ankaradakı səfirliyinə hücuma hazırlaşan 4 İŞİD-çi Samsunda saxlanılıb. Axar.az xəbər verir ki, MİT, Terrorla Mübarizə və Kəşfiyyat qruplarının ələ keçirdiyi dörd şübhəli istintaqa cəlb edilib.

Qeyd edək ki, ABŞ-ın Türkiyədəki səfirliyi təhlükəsizlik təhdidlərinə görə martın 5-də fəaliyyətini dayandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə