Kabildə helikopter qəzaya uğrayıb

Əfqanıstanın paytaxtı Kabil şəhərində helikopterin qəzaya uğraması nəticəsində 5 nəfər yaralanıb. Axar.az xəbər verir ki, bu barədə Əfqanıstan Müdafiə Nazirliyinin sözçüsü Dövlət Vəziri deyib.

Onun sözlərinə görə, helikopter Mareşal Hərbi Akademiyasından havaya qalxdıqdan bir neçə saniyə sonra yerə çırpılıb. Hadisə nəticəsində 5 nəfərin yüngül yaralandığını bildirən Vəziri həmin şəxslərin adlarını açıqlamayıb. Onların səhhəti qənaətbəxşdir.

Bütün xəbərlər Facebook səhifəmizdə