Türkiyə Hərbi-Hava Qüvvələrinin Suriyanın Afrin şəhəri yaxınlığında təşkil etdiyi hücumlar nəticəsində 36 Əsəd tərəfdarı həlak olub. Axar.az xəbər verir ki, bu iddia ilə İspaniyanın rəsmi xəbər agentliyi EFE çıxış edib. Agentlik həmçinin ölənlərin sayının artma ehtimalı olduğunu yazıb.
Qeyd edək ki, bundan öncə də Türkiyə ordusunun Afrinə hava hücumları nəticəsində Əsəd tərəfdarlarından 17-nin öldüyü bildirilmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə