ABŞ prezidenti sanksiyaların müddətini artırdı

ABŞ prezidenti sanksiyaların müddətini artırdı

ABŞ prezidenti Donald Tramp cümə günü Rusiyaya qarşı tətbiq olunan sanksiyaların müddətini daha bir il artırdı. SİA bu barədə Ağ Evin mətbuat xidmətinə istinadən xəbər verir.

"Mən 13660 nömrəli fərmanla elan olunmuş fövqaladə (sanksiya) vəziyyətinin müddətini bir il uzadıram", deyə ABŞ prezidenti bildirib.

Qeyd edək ki, söhbət Barak Obama tərəfindən 6 mart, 16 mart, 20 mart və 19 dekabr 2014-cü il tarixlərində Rusiyaya qarşı tətbiq olunan məhdudlaşdırıcı tədbirlərin qüvvədə olma müddətinin uzadılmasından gedir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə