YUNESKO-nun İcra Şurasının iclasında İsrail rejimi əleyhinə beş qətnamə qəbul edilib. SİA-nın xəbərinə görə, bu qətnamələrdə İsrail dövlətinin Əl-Xəlil şəhərində yerləşən "İbrahim" hərəminə, Beytul-Ləhmdə yerləşən "Bilal" məscidinə və Qüdsun qədim hissəsinə qoyduğu məhdudiyyətləri aradan qaldırmağı və bu rejimin Qəzzadakı yenidənqurma işlərinin qarşısını almamağı tələb edib.
Qeyd edək ki, bu qətnamələrin YUNESKO-nun İcra Şurasının iclaslarında dəfələrlə bəyan edildiyinə baxmayaraq onların qəbul olunmasına maneçilik törədilib. Nəhayət qurumun son iclasında islam ölkələrinin təzyiqi nəticəsində bu qətnamələr qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB