Sudan bölünmənin arxasında!

Sudan Respublikasında baş verən hadisələr ölkənin bölünəcəyindən xəbər verir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ölkənin cənubunda yaşayan əhali bölünməyə müsbət, şimallılar isə mənfi baxır. Lakin kimsə yeni müharibənin başlamasını istəmir. Sudan hökumətinin cənublular tərəfindən müstəqillik istənildiyi halda yeni dövləti tanıyacağına söz verməsi də bu baxımdan insanların narahatlığını aradan qaldırır.

 

Cənubi Sudan əhalisi və hökumət referenduma hazırdır. Artıq müstəqillik çağırışları səslənir. Referendum keçirilməmişdən əvvəl dünyanın yeni dövləti tanımasından danışılır. Cənubdakı Sudan Xalq Azadlıq Hərəkatı hökuməti bölgədə "milli dialoq"u başlamağa çağırıb. Baş verən hadisələr müstəqilliyin indidən əldə edildiyini deməyə əsas verir.

 

Narahatlıq yaradan məqam isə ondan ibarətdir ki, cənubun ayrılması digər seperatçı qüvvələri də cəsarətləndirə bilər. Ekpertlər hesab edir ki, mərkəzi hökumət başqa qüvvələrin bundan istifadə edə biləcəyi səbəbləri aradan qaldırmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə