İndoneziyanın qərbindəki Sumatra adasında Rixter cədvəli üzrə 7,7 ballıq zəlzələdən sonra baş verən sunami fəlakətinin itkiləri artmaqda davam edir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ölənlərin sayı 430-a çatıb, yüzlərlə itkin var. İtkinlərin əksəriyyətinin də ölmə ehtimalının olduğu bildirilir.
Sunami fəlakətindən sonra itkin düşən yüzlərlə adamın tapılmasi ümidinin getdikcə itirildiyini deyən rəsmilər dalğaların bəzi cəsədləri dənizə apara biləcəyini qeyd edib. Qərbi Sumatra vilayətinin Fövqəladə Hallar İdarəsindən verilən məlumatda bildirilir ki, ölkənin qərbini vuran sunamidən sonra aparılan axtarışlar nəticəsində onlarla adamın cəsədi tapılıb. Məlumatda 338 nəfərin hələ də itkin olduğu xəbər verilib.
Bu arada məlum olub ki, 26 dekabr 2004-cü ildə 200 mindən çox adamın həyatını itirdiyi sunami fəlakətindən sonra milyonlarla dollar xərclənərək qurulan erkən xəbərdarlıq sistemi lazımı nəzarət edilmədiyi üçün bir ay əvvəl sıradan çıxıb. Qeyd edək ki, həmin il Rixter cədvəli üzrə 9,1 ballıq zəlzələ baş vermişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB