PKK Afrində Türkiyə ordusuna qarşı hücum edib

PKK Afrində Türkiyə ordusuna qarşı hücum edib

Suriyanın Afrin şəhərinin Kəl Təpə adlanan ərazisində yaşanan şiddətli silahlı atışmalarda bir neçə türkiyəli hərbçinin şəhid olduğu, bir neçəsinin də yaralandığı bildirilib. Axar.az xəbər verir ki, sözügedən ərazidə PKK/YPG terrorçuları tunellərdən hücuma keçməyə cəhd göstərib.

Lakin türk ordusunun qətiyyətli və effektiv əməliyat tədbirləri nəticəsində terrorçuların qarşısı alınıb. YPG-çilərin hücuma keçdiyi ərazi intensiv atəşə tutulub və havaya qalxan ATAK helikopterləri terrorçuların gizlədiyi ərazilərə aviazərbələr endirib. Yaralı hərbçilərin Hataydakı xəstəxanalara aparıldığı bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə