Rusiya Türkiyədən bəzi məhsullarının idxalına qoyduğu qadağanı ləğv edir

Rusiya Türkiyədən bəzi məhsullarının idxalına qoyduğu qadağanı ləğv edir

Rusiya Türkiyədən bəzi kənd təsərrüfatı məhsullarının idxalına qoyduğu qadağanı aradan qaldıracaq. Axar.az xəbər verir ki, bu barədə Rusiya Qida Təhlükəsizliyi qurumunun sözçüsü Yuliya Melano danışıb.

Melano 5 martdan etibarən Türkiyədən Rusiyaya bibər, badımcan, kələm nar və digər kənd təsərrüfatı məhsullarının idxalına icazə veriləcəyini bildirib. Qeyd edək ki, Rusiya 2016-cı ildə Türkiyədən bir sıra kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoymuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə