ABŞ-da məktəblərə qarşı terror təhlükəsi artır

ABŞ-da məktəblərə qarşı terror təhlükəsi artır

Bu gün ABŞ-ın Kolorado ştatının Vudland-Park şəhərində məktəblər işləməyəcək. Bu, şəhər məktəblərindən birində təhdidedici məktubun tapılması ilə bağlıdır. Yerli KKTV telestansiyasının yaydığı məlumata görə, naməlum şəxs məktubda fevralın 28-i tarixini göstərib. Polis təhdidi ciddi hesab edir.

TASS İnformasiya Agentliyi verir ki, Vudland-Park polisi təhdidedici yazının sahibini tapacaq şəxsə 500 dollar vəd edib. Məktəb dairəsinin hökumət orqanları axtarış aparılmasında polisə kömək edir.

Bütün xəbərlər Facebook səhifəmizdə