Kazan sakini üç nəfəri güllələyib

Kazan sakini üç nəfəri güllələyib

Rusiya Federasiyası Tatarıstan Respublikası Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Kazan sakini atəş açmaqla üç nəfəri, o cümlədən polisi və Rusiya Federasiyası Milli Qvardiyasının əməkdaşını yaralayıb.

Bu barədə “RİA Novosti” xəbər yayıb. Məlumatda hadisənin Kazanda Avanqardnaya küçəsində yerləşən evlərdən birində baş verdiyi bildirilir. Hadisəni törədən kişinin saxlanılması üçün xüsusi əməliyyat tədbirləri görülür. Yaralılar xəstəxanaya yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə