Çində ev sahibi 4 nəfəri bıçaqlayaraq öldürüb

Çində ev sahibi 4 nəfəri bıçaqlayaraq öldürüb

Çində 53 yaşlı kişi evində 4 nəfəri bıçaqlayaraq öldürüb. APA-nın məlumatına görə, bu barədə Çin polisi "Weibo" sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb. Hadisə dünən yerli vaxtla saat 15.00-da baş verib. Yuan soyadlı şəxsin hansı səbəbdən qətliam törətdiyi məlum deyil. Qatil saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə