30 günlük atəşkəs elan edildi

BMT Təhlükəsizlik Şurası Suriyada 30 günlük atəşkəs elan edilməsi barədə qətnamə qəbul edib. Qətnamə əhaliyə humanitar yardım göstərilməsi məqsədi daşıyır. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, qətnamədə bütün tərəflərin döyüş əməliyyatlarını dərhal dayandırması tələb olunub.

Atəşkəs İŞİD və digər terror təşkilatlarına qarşı aparılan əməliyyatlara şamil olunmur.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə