Somalidə partlayış olub, 38 nəfər ölüb

Somalidə partlayış olub, 38 nəfər ölüb

Somalinin paytaxtı Moqadişoda törədilən partlayışlar nəticəsində azı 38 nəfər həlak olub. Interfax informasiya agentliyi xəbər verir ki, prezident iqamətgahının və otellərin birinin yaxınlığında minalanmış avtomobillər parladılıb. Bundan sonra hücum edən silahlılarla təhlükəsizlik orqanları arasında atışma başlayıb. Silahlılardan 5-nin öldürüldüyü bildirilir.

Terror aktlarının məsuliyyətini “Əl-Qaidə” terror təşkilatı ilə əlaqəli olan “Əş-Şəbab” qruplaşması üzərinə götürüb.

Bütün xəbərlər Facebook səhifəmizdə