İqtisadi mənfəətlər üçün daha bir yol: Peşəkar ordu

İqtisadi mənfəətlər üçün daha bir yol: Peşəkar ordu

Türkiyədə məcburi xidmətlə bağlı müzakirələr davam etdiyi bir vaxtda çoxu peşəkar hərbi xidmət sisteminə keçən Avropa ölkələri bu sistemin gətirdiyi üstünlüklərdən faydalanır. SİA-nın "Hürriyet" qəzetinə istinadən verdiyi məlumata görə, bu ölkələrdə bir tərəfdən hərbi xərclərdə əhəmiyyətli azalma qeydə alınıb, eyni zamanda işsizlər üçün də iş fürsəti yaranır.

 

Avropa ölkələrində tətbiq olunan hərbi modelin Türkiyə tətbiqi həm iqtisadi, həm də terrorla mübarizə baxımından faydalı ola bilər. Türkiyədə peşəkar xidmət edən zabitlərin sayı təxminən bütün Avropa ölkələrindəki zabitlərin sayına bərabər olması sistemin yenidən təkmiləşdirilməsini tələb edir. Bu halda böyük iqtisadi qənaət cədvəli də göz önünə gəlir. Avropa ölkələrinin bir hissəsində 90-cı illərdə, bir hissəsində isə 2000-ci illərdə məcburi hərbi xidmətdən imtina edilib. Almaniya, Avstriya, Yunanıstan kimi ölkələr məcburi və peşəkar hərbi xidmət sistemini bir arada tətbiq etdiyi halda, İsveç tamamilə məcburi hərbi xidmətə söykənən sistemi bu ildən etibarən dəyişdirməyə başlayıb.

 

Hərbi xərcləri azaltmaq üçün mərhələli plan həyata keçirən Almaniya Müdafiə Nazirliyi əsgər sayını azaldır. Ölkə üçün lazım olan minimum əsgər sayı 163 min olaraq hesablandığı halda, Almaniya müdafiə naziri Gutenberq bu rəqəmi 150 minə qədər azaltmaqdan danışır. Ölkənin mövcud əsgər sayı isə 250 minə yaxındır. Peşəkar hərbi xidmətə keçən Avropa ölkələri ordularının bir hissəsi qısa, bir hissəsi 5-10 il kimi uzun müqavilələr bağladığı halda, bir hissəsində də müharibə və təhlükə halları üçün fərqli strategiyalar hazırlanıb. İspaniya kimi ölkələrdə isə mülki vətəndaşlardan ibarət olan və hər an baş qərargah rəisinin əmri ilə silaha sarılacaq birliklər yaradılıb.

 

Türkiyə kimi terrorla mübarizə edən Avropa ölkələrinin də peşəkar sistemə keçməsi də Ankara üçün yol göstərir. İngiltərə, İspaniya, Fransa və İtaliya kimi keçmiş müstəmləkələrində əsgər saxlayan ölkələr də bu sistemdən faydalanırlar. Bu ölkələr eyni zamanda NATO əməliyyatları üçün də hərbi birliklər təsis edib. Tarixi məlumatlara görə yeniçəri sistemi ilə Avropa ölkələrindən daha çox əvvəl peşəkar ordu ilə tanış olan Türkiyə məcburi əsgərliyə isə Avropa ölkələrindən daha sonra keçib.

 

Türkiyə Silahlı Qüvvələrində 275 min maaşlı hərbi xidmətçi var. Ordunun ümumi sayı isə 730 mindir. Avropa ölkələrində ordular xüsusi şirkətlər kimi ölkənin hər yerində təqdimat və işəgötürmə büroları qurur. Reklam və təqdimat kampaniyaları ilə vətəndaşlara orduda çalışmaq təbliğ edilir. Bu üsul isə xüsusilə iqtisadi böhran dövrlərində orduya müraciətlərin artmasına səbəb olub. Beləliklə ordular peşəkar hərbi sistemə keçməklə işsizliyə qarşı əhəmiyyətli bir həll mərkəzi vəzifəsini yerinə yetirir. İtaliya kimi ölkələrdə hərbi heyət ümumi məşğulluğun təxminən 2 faizini təşkil edir. Avropa ölkələrində diqqət çəkən bir başqa məqam isə Türkiyədəki kimi "ordu evi" sisteminin olmamasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə