Əsəd ordusu ilə YPG arasında gizli razılaşma

Əsəd ordusu ilə YPG arasında gizli razılaşma

YPG terror qruplaşması Tel Rıfat qəsəbəsini Bəşər Əsəd rejiminə təhvil verib. Axar.az xəbər verir ki, bu barədə Suriya hərbi dairələri məlumat yayıb. Bildirilib ki, bununla bağlı tərəflər arasında gizli razılıq əldə olunub və yaxın saatlarda Əsəd ordusu sözügedən əraziyə daxil olacaq.

Qeyd edək ki, daha əvvəl YPG tərəfindən Hələb mərkəzindəki ərazilərin rejim qüvvələrinə verildiyi barədə məlumat yayılmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə