İranın şimalında zəlzələ baş verib. Bu barədə Tehran Universitetinin Geofizika İnstitutunun seysmoloji mərkəzi məlumat yayıb. SİA xəbər verir ki, ölkənin şimalındakı Semnan vilayətində baş verən zəlzələ 4,3 maqnitudada olub. Zəlzələ ocağı yerin 10 kilometr dərinliyində yerləşib. Yerli administrasiyanın nümayəndəsi Moxməd Rza Haşimi bildirib ki, zəlzələ nəticəsində dağıntı və xəsarət alan yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB