Buşehr nüvə stansiyası 2011-ci ilin fevralından enerji istehsalına başlayacaq

Buşehr nüvə stansiyası 2011-ci ilin fevralından enerji istehsalına başlayacaq

İranın Buşehr nüvə stansiyası 2011-ci ilin fevral ayından başlayaraq elektrik enerjisi istehsalına başlayacaq. SİA-nın "Fars" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İran Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi xəbər verib.

 

Nüvə stansiyasına baş çəkən Əli Əkbər Salehi işlərin plana uyğun həyata keçirildiyini bildirib. O, fevral ayında nüvə stansiyasında istehsal olunan elektrik enerjisinin paylama şəbəkəsinə ötürüləcəyini bildirib.

 

Qeyd edək ki, bir kompüter virusunun stansiyaya təsir etməsi ilə əlaqədar elektrik enerjisinin istehsalı bir neçə ay gecikıb. 1000 megavatt gücü olan stansiya İranın enerji tələbatının 2,5 faizini ödəyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə