Şənbə günü Venesuelanın Bolivar ştatında kiçik təyyarənin yaşayış evi üzərinə düşməsi nəticəsində bir nəfər həyatını itirib. SİA-nın xəbərinə görə, bu barədə Venesuelanın Mülki Müdafiə Xidməti məlumat yayıb. "Cessna" təyyarəsi evin üstünə Südad-Bolivar şəhərində düşüb. Ardınca hadisə yerində yanğın başlayıb. Xilasedicilərin ilkin məlumatına görə, təyyarənin pilotu yaralanıb, onun sərnişini - təyyarənin məxsus olduğu şirkətin sahibi alovda yanaraq ölüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB