Meksika hökuməti ölkədə baş verən güclü zəlzələdən sonra işıqsız qalan rayonlara 18 min polis göndərib. SİA-nın xəbərinə görə, hökumət rəsmisi Xiram Almeyda açıqlama verib.
Onun sözlərinə görə, polis əməkdaşları insanların təhlükəsizliyini təmin edəcək
Almeyda qeyd edib ki, polis əməkdaşları elektrik enerjisinin və nəqliyyatın tam bərpa olunamasına qədər göndərilən ərazilərdə qalacaqlar.
Bundan öncə, zəlzələdən sonra şəhərdə vəziyyətin normallaşdırılması və təmir briqadalarının enerji ilə bağlı məsələlərin həllinə cəlb edildiyi açıqlanmışdı.
Xatırladaq ki,Meksikada 12 kilometr dərinliyində 7.2 bal gücündə zəlzələ baş verib.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB