Nigeriyanın şimal-şərqində bazara hücum olub. SİA-nın verdiyi məlumata görə, bunu Borno ştatında baş vermiş hücumu 3 intiharçı terrorçu həyata keçirib.
Məlumata görə, hücum nəticəsində azı 15 nəfər həlak olub, 18 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Hücumla bağlı məsuliyyəti üzərinə götürən olmasa da, yerli polis terrorçuların “Boko Haram” qruplaşmasına mənsub olduqlarını ehtimal edir.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB